GUAM ölkələrinin konsulluq xidmətləri rəhbərlərinin Tbilisidə görüşü keçirilib

GUAM ölkələrinin konsulluq xidmətləri rəhbərlərinin Tbilisidə görüşü keçirilib Gürcüstanın Xarici İşlər Nazirliyində GUAM-a üzv ölkələrin konsulluq xidmətləri rəhbərlərinin görüşü keçirilib.
Region
10 Oktyabr , 2019 19:36
GUAM ölkələrinin konsulluq xidmətləri rəhbərlərinin Tbilisidə görüşü keçirilib

Gürcüstanın Xarici İşlər Nazirliyində GUAM-a üzv ölkələrin konsulluq xidmətləri rəhbərlərinin görüşü keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, görüşdə konsulluq sahəsində texnoloji yeniliklər, həmçinin normativ-hüquqi bazada dəyişikliklər müzakirə olunub.

Görüşdə GUAM-a üzv ölkələrin işğal altında olan ərazilərinə xarici ölkə vətəndaşlarının qanunsuz səfərlərinin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər də nəzərdən keçirilib.

Görüş iştirakçıları təhlükəsiz səfər təcrübəsinin tətbiqi, GUAM ölkələri arasında miqrasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında da fikir mübadiləsi aparıblar. 

Son xəbərlər

Orphus sistemi