GUAM ölkələri fövqəladə vəziyyətin qarşısının alınması sahəsində əməkdaşlığı müzakirə ediblər

GUAM ölkələri fövqəladə vəziyyətin qarşısının alınması sahəsində əməkdaşlığı müzakirə ediblər Kiyevdə fövqəladə vəziyyət üzrə İşçi Qrupun 11-ci iclası başlayıb
Region
4 Dekabr , 2014 17:24
GUAM ölkələri fövqəladə vəziyyətin qarşısının alınması sahəsində əməkdaşlığı müzakirə ediblər

Bakı. 4 dekabr. REPORT.AZ/ Kiyevdəki GUAM Katibliyində fövqəladə vəziyyət üzrə İşçi Qrupun 11-ci iclası başlayıb. "Report" GUAM mətbuat xidmətinə istinadən xəbər verir ki, yığıncaqda təşkilata üzv ölkələrin nümayəndə heyətləri iştirak ediblər. 

Onlar fövqəladə vəziyyətin qarşısının alınması sahəsində fəaliyyətə dair, eləcə də digər dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi haqqında məlumat mübadiləsi aparıblar.   

İşçi Qrup 2014-cü il üçün Hesabatı və 2015-ci il üçün Planı nəzərdən keçirib və qəbul edib. 

İşçi Qrupun növbəti iclası 2015-ci ilin may ayında keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi