GUAM ölkələri 2015-ci il üçün cinayətkarlıqla mübarizəyə dair iş planını müzakirə ediblər

GUAM ölkələri 2015-ci il üçün cinayətkarlıqla mübarizəyə dair iş planını müzakirə ediblər GUAM İşçi Qrupunun cinayətkarlıqla mübarizənin koordinasiya məsələləri üzrə 17-ci iclası Kiyevdə keçirilib
Region
8 Dekabr , 2014 17:29
GUAM ölkələri 2015-ci il üçün cinayətkarlıqla mübarizəyə dair iş planını müzakirə ediblər

Bakı. 8 dekabr. REPORT.AZ/ GUAM İşçi Qrupunun cinayətkarlıqla mübarizənin koordinasiya məsələləri üzrə təşkilata üzv ölkələrin nazirlik və idarə rəhbərləri səviyyəsində 17-ci iclası keçirilib. "Report" GUAM mətbuat xidmətinə istinadən xəbər verir ki, Kiyevdəki GUAM Katibliyində baş tutan iclasda təşkilatın bütün üzv dövlətlərinin nümayəndələri iştirak ediblər. 

İclas iştirakçıları İşçi Qrupun 2014-cü ilin yekunlarına görə hesabatı və 2015-ci il üçün iş planını müzakirə və qəbul ediblər. Xüsusilə nümayəndə heyətləri diplomatik kanallarla müvafiq qərarın alınmasına qədər Ukraynanın İşçi Qrupun koordinasiya funksiyasını davam etdirməsini qərara alıblar. 

GUAM İşçi Qrupunun növbəti iclasının 2015-ci ilin noyabr-dekabr aylarında keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi