GUAM-ın Cinayətkarlığa qarşı mübarizə üzrə İşçi Qrupu gələn il üçün iş planını müzakirə edib

GUAM-ın Cinayətkarlığa qarşı mübarizə üzrə İşçi Qrupu gələn il üçün iş planını müzakirə edib Kiyevdə nazirlik və idarə rəhbərlərinin müavinləri səviyyəsində İşçi Qrupun 18-ci iclası baş tutub
Region
11 Dekabr , 2015 15:33
GUAM-ın Cinayətkarlığa qarşı mübarizə üzrə İşçi Qrupu gələn il üçün iş planını müzakirə edib

Bakı. 11 dekabr. REPORT.AZ/ Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın - GUAM-ın Kiyevdəki katibliyində nazirlik və idarə rəhbərlərinin müavinləri səviyyəsində Cinayətkarlığa qarşı mübarizənin koordinasiyası məsələləri üzrə İşçi Qrupun 18-ci iclası baş tutub. "Report" təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantıda GUAM-a üzv dövlətlərin nümayəndələri iştirak ediblər.

Nümayəndə heyətləri təşkilatın 2015-ci ildə gördüyü işlərə dair hesabatı nəzərdən keçirərək qəbul edib, eləcə də 2016-cı il üçün iş planını müzakirə edib. İclas iştirakçıları İşçi Qrupun əlaqələndiricisi olan ölkənin və əlaqədar altqrupların funksiyalarının növbəti il üçün də dəyişməz qalmasını qərara alıb.

İşçi Qrupun növbəti iclası 2016-cı ilin noyabr-dekabr aylarında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi