Yuxarı

GUAM-ın baş katibi ATƏT Daimi Şurasında münaqişələrdən danışıb

Çeçelaşvili ATƏT-ə üzv dövlətlər arasında həyata keçirilən əməkdaşlıq haqqında məlumat verib

Bakı. 1 May. REPORT.AZ/ Vyanada səfərdə olan GUAM-ın baş katibi Valeri Çeçelaşvili ATƏT-in daimi şurasında çıxış edərkən təşkilata üzv dövlətlər arasında həyata keçirilən əməkdaşlıq haqqında məlumat verib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, Çeçelaşvili, bu xüsusda GUAM azad ticarət zonası, nəqliyyat dəhlizlərinin inkişafı, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə, enerji və turizm sahələrində həyata keçirilən sahəvi əməkdaşlıq layihələrindən bəhs edib.

Baş katib GUAM-a üzv ölkələrin ərazilərində onların suverenliyini və ərazi bütövlüyünü təhdid edən həll edilməmiş münaqişələrin mövcudluğuna diqqəti cəlb edib. O, GUAM dövlət başçılarının münaqişələrin nizamlanması məsələləri üzrə 2006-cı ildə qəbul etdikləri Birgə Bəyannaməyə istinad edərək quruma üzv ölkələrin münaqişələrin həllinin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında vacibliyi barəsində ortaq mövqeyə malik olduğunu vurğulayıb. V.Çeçelaşvili ATƏT iştirakçı dövlətlərinin GUAM-a üzv dövlətlərin münaqişələrin bu prinsiplər əsasında həll edilməsi istiqamətində səylərinə, o cümlədən BMT Baş Assambleyası çərçivəsində ortaq təşəbbüslərinə dəstək verməyə çağırıb.

GUAM-ın baş katibi çıxışında, həmçinin rəhbərlik etdiyi təşkilat ilə ATƏT arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivlərinin olduğunu bildirib və bu istiqamətdə bundan sonra da əməli işlər görüləcəyinə ümidvar olduğunu ifadə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi