Yuxarı
    Bağlamaq

    GUAM ekspertləri mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın inkişafını müzakirə ediblər

    Ekspertlərin İşçi görüşünün növbəti iclası 2015-ci ilin ikinci yarısında keçiriləcək

    Bakı. 11 noyabr. REPORT.AZ/ Kiyevdə GUAM Katibliyində mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın inkişafı üzrə ekspertlərin İşçi Qrupunun ilk iclası keçirilib. "Report" GUAM mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı nümayəndə heyətləri milli qanunvericilik, operativ vəziyyət və GUAM-a üzv dövlətlərin mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində tədbirlər haqqında məlumat mübadiləsi aparıblar.

    Görüş iştirakçıları tərəflərin qarşılıqlı əlaqələrinin yaxşılaşdırılması üzrə bəzi məsələləri müzakirə ediblər, ekspertlərin İşçi görüşünün növbəti iclasını 2015-ci ilin ikinci yarısında keçirmək haqqında razılığa gəliblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi