GUAM baş katibi təşkilatın Hindistan və İranla əməkdaşlıq məsələlərini müzakirə edib

GUAM baş katibi təşkilatın Hindistan və İranla əməkdaşlıq məsələlərini müzakirə edib GUAM regionu Avropanı Asiya ilə birləşdirən alternativ nəqliyyat-tranzit dəhlizi kimi daha cəlbedici olmağa başlayır
Region
12 Aprel , 2016 09:25
GUAM baş katibi təşkilatın Hindistan və İranla əməkdaşlıq məsələlərini müzakirə edib

Bakı. 12 aprel. REPORT.AZ/ GUAM baş katibi Altay Əfəndiyev Ukrayna paytaxtı Kiyevdə Hindistanın bu ölkədəki səfiri M.K.Bharti ilə görüşüb.

"Report" GUAM-ın saytına istinadən xəbər verir ki, görüş zamanı GUAM regionunun Avropanı Asiya ilə birləşdirən alternativ nəqliyyat-tranzit dəhlizi kimi daha cəlbedici olmağa başlaması qeyd olunub. Eyni zamanda İranın da GUAM nəqliyyat infrastrukturuna qoşulmasıyla Hindistan üçün də yeni imkanların açılması vurğulanıb.

Bununla əlaqədar Hindistanın hazırda İranda Ərəb dənizi və Hind okeanına çıxışı olan dəniz limanının müasirləşdirilməsi və inkişafına sərmayə yatırmasına diqqət yetirilib.

Görüş zamanı tərəflər həm də GUAM regionundakı cari vəziyyətlə bağlı müzakirələr aparıb. 

Son xəbərlər

Orphus sistemi