Giorgi Qaxariya: “İctimai təhlükəsizliklə bağlı layihələrimiz təkcə Gürcüstanda deyil, regionda sabitliyə xidmət edəcək”

Giorgi Qaxariya: “İctimai təhlükəsizliklə bağlı layihələrimiz təkcə Gürcüstanda deyil, regionda sabitliyə xidmət edəcək” Tbilisi. 17 aprel. REPORT.AZ/ “Gürcüstan hökumətinin ölkədə ictimai və iqtisadi təhlükəsizliyin təmin olunması ilə əlaqədar gördüyü işlər, eləcə də hazırladığı layihələr xarici iş adamları və turistlərin bu ölkədə təhlükəsiz hərəkət etməsinə, fəaliyyət göstərməsinə zəmin yaradır”.
Region
17 Aprel , 2018 22:54
Giorgi Qaxariya: “İctimai təhlükəsizliklə bağlı layihələrimiz təkcə Gürcüstanda deyil, regionda sabitliyə xidmət edəcək”

Tbilisi. 17 aprel. REPORT.AZ/ “Gürcüstan hökumətinin ölkədə ictimai və iqtisadi təhlükəsizliyin təmin olunması ilə əlaqədar gördüyü işlər, eləcə də hazırladığı layihələr xarici iş adamları və turistlərin bu ölkədə təhlükəsiz hərəkət etməsinə, fəaliyyət göstərməsinə zəmin yaradır”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı iş adamı, “Agara Sugar Compani” şirkətinin baş direktoru Alxan Əlizadə jurnalistlərə müsahibəsində söyləyib.

A.Əlizadə bildirib ki, Gürcüstanda fəaliyyət göstərən xarici iş adamlarının aprelin 17-də bu ölkənin daxili işlər naziri Giorgi Qaxariya ilə görüşündə də təhlükəsizlik məsələləri diqqət mərkəzində olub:

“Nazir G.Qaxariya Gürcüstanda kriminogen durumun sabit olduğunu bildirdi və ictimai-siyasi sabitliyin, təhlükəsizliyin qorunması istiqamətində atılan addımlardan danışdı. Bildirdi ki, təhlükəsizlik olmadan heç bir iqtisadi inkişafdan danışmağa dəyməz. Hökumət bunu bilir və təhlükəsizliyin təmin olunması üçün müvafiq addımlar atır”.

“İnanırıq ki, hökumətin ölkədə təhlükəsizliyin təmin olunması ilə əlaqədar hazırladığı layihə başa çatdıqdan sonra Gürcüstan daha da inkişaf edəcək”, - deyə A.Əlizadə vurğulayıb.

Məlumat üçün qeyd edək ki, iş adamları ilə görüşdə nazir, iqtisadiyyatın vacib sahələrinin təhlükəsizliklə bağlılığından danışıb. Bildirib ki, yaşadığımız region kifayət qədər kəskin təhlükələrlə üz-üzə olan regiondur. Gürcüstan hökuməti çox yaxşı başa düşür ki, iqtisadiyyatın inkişafı, turizm və tranzit, energetika kimi sahələr təhlükəsizliklə birbaşa bağlıdır. Bütün bunları nəzərə alaraq hökumət mükəmməl plan və təhlükəsizlik layihələri hazırlayıb.

“Bu layihələr təkcə ölkədə deyil, regionda sabitliyə və təhlükəsizliyə xidmət edəcək”, - deyə, Qaxariya vurğulayıb.

Son xəbərlər

Orphus sistemi