Gürcüstanın müxalifət lideri: “Azərbaycanla istənilən problem dostluq əsasında həll olunmalıdır”

Gürcüstanın müxalifət lideri: “Azərbaycanla istənilən problem dostluq əsasında həll olunmalıdır” “Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və buna görə də istənilən problem dostluq əsasında həll olunmalıdır”.
Region
26 May , 2019 14:02
Gürcüstanın müxalifət lideri: “Azərbaycanla istənilən problem dostluq əsasında həll olunmalıdır”

Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və buna görə də istənilən problem dostluq əsasında həll olunmalıdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə jurnalistlərə müxalif “Avropalı Gürcüstan” partiyasının liderlərindən biri Gigi Uqulava bildirib.

O deyib ki, iki ölkə arasında sərhədlə bağlı problem uzun illərdir mövcuddur: “Gürcü Arzusu”nun hakimiyyəti dövründə bu problem kritik həddə çatıb. Biz unutmamalıyıq ki, Azərbaycan bizə dost ölkə və strateji tərəfdaşdır. Biz azadlıq və müstəqilliyimiz uğrunda birgə mübarizə aparırıq. Buna görə də Azərbaycanla dost kimi danışmalıyıq”.

G.Uqulava qeyd edib ki, sərhədlə bağlı birgə komissiyanın effektiv olması üçün danışıqlar yüksək səviyyədə aparılmalıdır.

Son xəbərlər

Orphus sistemi