Yuxarı

Georgi Marqelaşvili Pyotr Poroşenkonu Gürcüstana dəvət edib

Gürcüstan prezidenti Kiyevə səfəri çərçivəsində Ukraynalı həmkarı ilə görüşüb

Bakı. 23 fevral. REPORT.AZ/ Gürcüstan prezidenti Georgi Marqelaşvili Ukraynalı həmkarı Pyotr Poroşenkonu Gürcüstana dəvət edib. "Report" Gürcüstan prezidenti administrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki,  Georgi Marqelaşvili  Kiyevə səfəri çərçivəsində ukraynalı həmkarı Pyotr Poroşenko ilə həm təkbətək, həm də geniş formatda görüş keçirib. Tərəflər ikitərəfli münasibətlərdə ən aktual məsələləri müzakirə ediblər. 

 Prezident administrasiyasının mətbuat xidmətinin məlumatına görə, Georgi Marqelaşvili Ukrayna prezidentini Gürcüstana dəvət edib. Buna cavab olaraq Pyotr Poroşenko bildirib ki, imkan yaranan kimi mütləq Tbilisiyə səfər edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi