​Georgi Kvirikaşvili: "Gürcüstanın yeni hökumətində ciddi dəyişikliklər gözlənilmir"

​Georgi Kvirikaşvili: "Gürcüstanın yeni hökumətində ciddi dəyişikliklər gözlənilmir" "Müəyyən dəyişikliklərin ediləcəyi də istisna deyil"
Region
28 Dekabr , 2015 15:35
​Georgi Kvirikaşvili: Gürcüstanın yeni hökumətində ciddi dəyişikliklər gözlənilmir

Bakı. 28 dekabr. REPORT.AZ/ Kaxa Kaladze yeni hökumətdə baş nazirin müavini, energetika naziri vəzifələrində qalacaq, baş nazirin digər müavini vəzifəsini isə iqtisadiyyat naziri Dmitri Kumsişvili tutacaq.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin gələcək baş naziri Georgi Kvirikaşvili bildirib.

Qeyd edək ki, İrakli Qaribaşvili hökumətində G.Kvirikaşvili baş nazirin müavini və xarici işlər naziri vəzifəsini daşıyırdı.

Məlumata görə, yeni kabinetdə dəyişiklik aparılmayıb. Yeganə dəyişiklik xairici işlər naziri vəzifəsinə təyinatla bağlıdır. Bu vəzifəyə xarici işlər nazirinin birinci müavini Mixail Canelidze təqdim edilib.

"Bu komanda ilə işləyəcəyim istisna edilmir. Eləcə də müəyyən dəyişikliklərin ediləcəyi də istisna deyil", - deyə Georgi Kvirikaşvili vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi