Gələn ildən Gürcüstana daxil olan əcnəbilər idarə etdikləri nəqliyyat vasitələri üçün sığorta ödəyəcəklər

Gələn ildən Gürcüstana daxil olan əcnəbilər idarə etdikləri nəqliyyat vasitələri üçün sığorta ödəyəcəklər Sığortasız hərəkət edən minik avtomobili sahibi 100 avro, avtobus sürücüsü 200 avro cərimə olunacaqlar
Region
19 Dekabr , 2017 20:21
Gələn ildən Gürcüstana daxil olan əcnəbilər idarə etdikləri nəqliyyat vasitələri üçün sığorta ödəyəcəklər

Tbilisi. 19 dekabr. REPORT.AZ/ Gələn ildən etibarən Gürcüstan ərazisinə daxil olan əcnəbilər idarə etdikləri motorlu nəqliyyat vasitələri üçün sığorta müqaviləsi imzalayacaqlar.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstan parlamenti müvafiq qanun qəbul edib. 

Qanuna əsasən, sığorta müqaviləsi olmadan əcnəbilər avtomobillə Gürcüstan ərazisinə keçə bilməyəcəklər.

Gürcüstana gələcək xarici ölkə vətəndaşına idarə etdiyi minik avtomobili üçün 1 illik, 30 və 15 günlük sığorta paketləri təqdim olunacaq. Avtomobil sahibləri 15 günlük sığorta üçün 30 GEL, bir aylıq paket üçün 50 GEL, birillik paket üçün 292 GEL ödəyəcəklər.

Məcburi tarif paketində avtobus və motosikletin sığortası da müəyyənləşdirilib.

Avtomobillərin sığorta edilməsi təşəbbüsü Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən irəli sürülüb.

Sığortasız hərəkət edən minik avtomobili sahibi 100 avro, avtobus sürücüsü 200 avro cərimə olunacaqlar.

Son xəbərlər

Orphus sistemi