Yuxarı

Gələn il Bakı limanı vasitəsilə Rusiya-Türkmənistan səyahət turlarının təşkili planlaşdırılır

​Gələn il Bakı limanı vasitəsilə səyahət turları təşkil ediləcək

Xəzər dənizi üzrə Rusiya və Türkmənistanın bir sıra görməli yerlərini əhatə edəcək səyahət turları planlaşdırılır.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" agentliyinə müsahibəsində Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bildirib.

"Artıq 2020-ci ildə Xəzər dənizi üzrə əsasən Həştərxandan Aktau, Türkmənbaşı, Bakı, Mahaçqala naviqasiyası üzrə marşrut planları hazırlanıb. Mən "Avaz" turizm zonasına və Türkmənbaşı limanı vasitəsilə gəzintini Türkmənistan nümayəndələri ilə müzakirə etdim", - deyə o bildirib.

Onun sözlərinə görə, Türkmənistanla qarşı tərəfin səyahət turlarının müəyyən edilməsi haqqında razılıq əldə olunub.

Bundan başqa, Babuşkinin sözlərinə görə, bu məsələ artıq Qazaxıstan səfiri ilə müzakirə edilib. "Əminəm ki, İran və Azərbaycan şövqlə bizim bu ideyamızı və səyahət imkanlarını dəstəkləyəcəklər", - o qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi