Yuxarı
    Bağlamaq

    "Gazprom" Türkiyəyə endirimli qiymətlərlə qaz satışını dayandırıb

    2013-cü ildə iki ölkə arasında imzalanan müqaviləyə əsasən, Türkiyə Rusiyadan hər il 10 milyard kub metr təbii qaz idxal edir

    Bakı. 29 yanvar. REPORT.AZ/ Rusiyanın "Gazprom" şirkəti Türkiyənin özəl qaz şirkətlərinə endirimli qiymətlərlə mavi yanacaq satışına dair qərarını ləğv edib.

    "Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

    Məlumata görə, 2015-ci il yanvarın 1-dən Rusiyadan 10 milyard kub metr təbii qaz idxal edən Türkiyənin 6 özəl şirkətinə qiymətdə 10,25 faiz endirim haqda qərar qəbul olunmuşdu. Xəbərdə bildirilib ki, həmin şirkətlər bundan sonra endirimdən faydalana bilməyəcəklər.

    İnformasiyaya əsasən, bu günlərdə "Gazprom"la həmin özəl şirkətlərin məsul şəxsləri görüşüblər. Həmin toplantıda Rusiya tərəfi güzəştin ləğv olunması ilə bağlı Türkiyə təmsilçilərini məlumatlandırıb. Rusiya ilə Türkiyə arasında mövcud böhran aradan qalxdıqdan sonra məsələnin yenidən gündəliyə gələcəyi bildirilib.

    Qeyd edək ki, Türkiyənin "Bosphorus Gaz", "Enerco Enerji", "Batı Hattı", "Kibar Enerji", "Avrasya Gaz" və "Shell Enerji" özəl şirkətləri 2013-cü ildə iki ölkə arasında imzalanan müqaviləyə əsasən, Rusiyadan hər il 10 milyard kub metr təbii qaz idxal edir.

    Xatırladaq ki, Türkiyə təbii qazın min kubmetrini İrandan 490 dollara, Rusiyadan 420 dollara, Azərbaycandan isə 320 dollara alır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi