“G-20”nin Almaniya toplantısında Türkiyəni baş nazirin müavini təmsil edəcək

“G-20”nin Almaniya toplantısında Türkiyəni baş nazirin müavini təmsil edəcək Onun “G20”lik ölkələrinin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərləri ilə görüşəcəyi planlaşdırılıb
Region
16 Mart , 2017 18:32
“G-20”nin Almaniya toplantısında Türkiyəni baş nazirin müavini təmsil edəcək

Bakı. 16 mart. REPORT.AZ/ Almaniyanın Baden-Baden şəhərində keçiriləcək “G-20”lərin (“Böüyk-20”) toplantısında Türkiyəni baş nazirin müavini Mehmet Şimşək təmsil edəcək.

“Report” Anadolu agentliyinə istinadən xəbər verir ki, onun başçılıq etdiyi nümayəndə heyəti martın 16-da Almaniyaya yola düşüb.

Toplantı martın 17-18-də keçiriləcək. Baş nazir müavini müxtəlif panellərdəki müzakirələrdə iştirak edəcək, “G20” ölkələrin maliyyə nazirlərinin və mərkəzi banklarının rəhbərləri ilə görüşəcək.

Bu toplantıda “Artan proteksionizmə qarşı müqaviməti göstərilməsi” mesajının veriləcəyi gözlənilir. Tədbirdə Afrikaya sərmayənin qoyulmasının təbliğ edilməsi məsələsi də müzakirə olunacaq.

Qeyd edək ki, bu il “G-20”yə Almaniya sədrlik edir. 

Son xəbərlər

Orphus sistemi