​"G-20" liderlərinin toplanacağı şəhərdə antiterror əməliyyatı keçirilib

​"G-20" liderlərinin toplanacağı şəhərdə antiterror əməliyyatı keçirilib Antiterror əməliyyatı nəticəsində İŞİD-lə əlaqəsi olan 20 nəfər şübhəli şəxs saxlanılıb
Region
6 Noyabr , 2015 12:02
​G-20 liderlərinin toplanacağı şəhərdə antiterror əməliyyatı keçirilib

Bakı. 6 noyabr. REPORT.AZ/ Bir neçə gündən sonra "G-20" ölkələri liderlərinin sammitinin keçiriləcəyi Türkiyənin Antalya bölgəsində antiterror əməliyyatı aparılıb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, antiterror əməliyyatı nəticəsində İŞİD-lə bağlılığı olan 20 nəfər şübhəli şəxs saxlanılıb.

Məlumata görə, əməliyyat noyabrın 6-da səhər saatlarında müxtəlif ünvanlarda eyni vaxtda keçirilib.

Qeyd edək ki, noyabrın 15-16-da Antalyada "G-20"-lərin zirvə toplantısı keçiriləcək. Sammitdə dünyanın inkişaf etmiş 20 dövlətinin başçısı, o cümlədən ABŞ prezidenti Barak Obama və Rusiyanın dövlət başçısı Vladimir Putinin də iştirak edəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi