Yuxarı

Gürcüstanla Rusiya arasında aviareyslər bərpa edilib

Aeroflot şirkəti tərəfindən Moskva-Tbilisi reysləri bərpa olunub

Bakı. 27 oktyabr. REPORT.AZ/ Rusiyanın ən iri aviaşirkəti olan "Aeroflot" 6 illik fasilədən sonra Gürcüstana müntəzəm reysləri bərpa edib. "Report" Rusiya KİV-nə istinadən xəbər verir ki, reyslər "Rosaviasiya"nın daşınmaların həyata keçirilməsinə icazə verməsindən sonra bərpa olunub. Oktyabr ayının 27-nə keçən gecə  6 illik fasilədən sonra Şeremetyevo hava limanından "Moskva-Tbilisi" reysi həyata keçirilib. Cədvələ əsasən, bu reys hər gün həyata keçiriləcək. 

"Aeroflot"dan başqa "UTair", "Tranaero", "Qlobus-Sibir" və "VİM-Avia" şirkətlərinə  "Moskva-Tbilisi" reyslərinin keçirilməsinə icazə verilib.

Xatırladaq ki, 2008-ci ildə Gürcüstan və Rusiya arasında yaşanan münaqişə ilə bağlı aviareyslər dayandırılıb. İki ölkə arasında aviareyslər çarter reysləri vasitəsilə həyata keçirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi