Yuxarı

Gürcüstanda gürcü və azərbaycanlı xilasedicilərinin irimiqyaslı təlimləri keçiriləcək

Sentyabr ayının 5-də Yaqluce poliqonunda Qafqazda təhlükəsizilik-2014 təlimləri aparılacaq

Bakı. 2 sentyabr. REPORT.AZ/ Sentyabr ayının 5-də Gürcüstanda Yaqluce poliqonunda gürcü və azərbaycanlı xilasedicilərin "Qafqazda təhlükəsizlik-2014"  irimiqyaslı təlimləri keçiriləcək. Report-un Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu, BP şirkəti ilə imzalanmış saziş çərçivəsində xilasedicilərin quruda və dənizdə neft dağılmalarının aradan qaldırılmasına yönəlmiş fəaliyyətlərin əlaqələndirilməsi üzrə birgə təlimi olacaq.

Həmin təlimdə Gürcüstanın DİN, Əmək, Səhiyyə və Sosial Müdafiə nazirliklərinin nümayəndələri, Azərbaycan FHN-i, BP şirkəti, eləcə də "Enerji İnvest" ASC-nin nümayəndələri iştirak edəcəklər. 

Təlimlərdə məqsəd fövqəladə hallar zamanı Gürcüstan və Azərbaycanın müvafiq strukturlarının birgə fəaliyyətlərinin əlaqələndirilməsidir ki, bu, iki ölkə DİN-i arasında əməkdaşlıq memorandumunda nəzərdə tutulub. 

Birgə təlimlərə hazırlıqla bağlı Gürcüstan DİN-in Fövqəladə Hallar Departamentinin Tbilisdəki bazasında görüş keçirilib. Görüş iştirakçıları bir sıra texniki və təşkilati məsələləri nəzərdən keçiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi