Gürcüstana benzin və yanacağ idxalının ən böyük həcmi Azərbaycan və Rumıniyanın payına düşür

Gürcüstana benzin və yanacağ idxalının ən böyük həcmi Azərbaycan və Rumıniyanın payına düşür Cari ildə Azərbaycan Gürcüstana 122,9 min ton benzin və dizel yanacağı ixrac edib
Region
18 Avqust , 2014 14:04
Gürcüstana benzin və yanacağ idxalının ən böyük həcmi Azərbaycan və Rumıniyanın payına düşür
Bakı. 18 avqust. REPORT.AZ/ Cari ilin iyul ayında Gürcüstana neft məhsullarının idxalı həmin ilin iyun ayı ilə müqayisədə 31,2 min ton artaraq 103,3 min ton təşkil edib. Report Qruziya-onlayn-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalatçıları Birliyindən (GNMİB) bildiriblər. 

"Cari ilin iyul ayında iyun ayı ilə müqayisədə idxal 31,2 min ton artaraq, 103,3 min ton təşkil edib. O cümlədən, benzin idxalı 38,2 min ton, dizel yanacağı isə - 278 min ton təşkil edib" - deyə, Birlikdən bildirilib.

GNMİB-in məlumatlarına əsasən, 2014-cü ilin əvvəlindən Gürcüstana neft məhsullarının idxalı 488,1 min ton təşkil edib, o cümlədən benzin idxalı - 210,1 min ton, dizel yanacağı - 278 min ton təşkil edib. 

Cari ildə ölkələr üzrə benzin və yanacağ idxalının ən böyük həcmi Rumıniyanın payına düşür - 171,4 min ton, bu da bütün idxalın 35,1%-i təşkil edir. Bundan sonra 122,9 min tonla (25,2%) Azərbaycan, - 75,2 min tonla (15,4%) Bolqarıstan, 59,8 min tonla (bütün idxalın 12,3%-i) Yunanıstan, 37,8 min tonla (7,7%) Rusiya, 19,1 min tonla (bütün idxalın 3,9%-i) Türkiyə gəlir. 

Son xəbərlər

Orphus sistemi