Yuxarı
    Bağlamaq

    Gürcüstan XİN: Azərbaycan vətəndaşlarının qısamüddətli səfərləri üçün viza tələb olunmayacaq

    Azərbaycanlılar 90 gün ərzində Gürcüstana vizasız səfər edə biləcək

    Bakı. 26 avqust. REPORT.AZ/ Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlarının qısamüddətli səfərlər üçün (hər 180-günlük müddətdə 90 günə qədər) vizanın alınması tələb olunmadığı ölkələrin syahısını açıqlayıb .

    Report Qruziya-Onlayn-a istinadən xəbər verir ki, siyahıda 94 ölkənin adı var. 

    Gürcüstan XİN-in qaydalarına görə, Avropa İttifaqı üzv ölkələrinin vətəndaşları  onlara verilmiş şəxsiyyət vəsiqələri, eləcə də səyahət sənədləri əsasında Gürcüstana səfər edə biləcəklər. 

    Vizasız giriş və hər 180 günlük müddətdə 90 günə qədər qalmaq hüququna BMT və ya onun xüsusi agentləri tərəfindən verilən səyahət sənədlərinin sahibləri malikdir - Lesse-Passe (Laissez-Passer).

    Həmin qaydalar Gürcüstanın onun ərazisində qalmağın konkret müddətləri müəyyən olunmayan vizasız rejim haqqında ikitərəfli və çoxtərəfli razılaşmaları olan ölkələrin vətəndaşlarına da şamil olunur. Həmin siyahıya Azərbaycan da daxildir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi