FTX rəsmisi: "Rusiyanın Türkiyədəki səfirinin öldürülməsi regionda vəziyyəti gərginləşdirib"

FTX rəsmisi: "Rusiyanın Türkiyədəki səfirinin öldürülməsi regionda vəziyyəti gərginləşdirib" Yevgeni Sısoyev: "Bu, yalnız alçaq cinayət deyil"
Region
22 Dekabr , 2016 14:22
FTX rəsmisi: Rusiyanın Türkiyədəki səfirinin öldürülməsi regionda vəziyyəti gərginləşdirib

Bakı. 22 dekabr. REPORT.AZ/ "Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi regionda əməliyyat və siyasi vəziyyəti gərginləşdirib."

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktorunun müavini Yevgeni Sısoyev Minskdə jurnalistlərə açıqlamasında bildirib.

"Bu, yalnız alçaq cinayət deyil. Bu hadisə regionda vəziyyəti əhəmiyyətli dərəcədə gərginləşdirib" - Y.Sısoyev vurğulayıb.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada fotosərginin açılış mərasimində güllələnib. O, bu gün Moskvada dəfn olunacaq.

Son xəbərlər

Orphus sistemi