FTX rəhbəri: "Türkiyə Rusiyaya terror hücumunun qarşısını almağa yardım edib"

FTX rəhbəri: "Türkiyə Rusiyaya terror hücumunun qarşısını almağa yardım edib" Bakı. 4 aprel. REPORT.AZ/ Rusiya xüsusi xidmət orqanları Yeni il bayramı günlərində ABŞ və Türkiyədən gələn məlumatlar sayəsində iki terror hücumunun qarşısını alıb.
Region
4 Aprel , 2018 12:08
FTX rəhbəri: Türkiyə Rusiyaya terror hücumunun qarşısını almağa yardım edib
Sputnik / Aleksey Nikolsky

Bakı. 4 aprel. REPORT.AZ/ Rusiya xüsusi xidmət orqanları Yeni il bayramı günlərində ABŞ və Türkiyədən gələn məlumatlar sayəsində iki terror hücumunun qarşısını alıb.

"Report" RT-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Moskvada keçirilən beynəlxalq təhlükəsizlik konfransında bildirib.

O qeyd edib ki, ötən il ABŞ Sankt-Peterburqda Yeni il bayramları zamanı terror hücumu hazırlandığı ilə bağlı Rusiyanı vaxtında xəbərdar edib.

"Eyni zamanda, türkiyəli tərəfdaşlarımızdan alınan məlumatlar sayəsində başqa bir hücumun qarşısı alınıb", - N.Bortnikov vurğulayıb.

FTX direktorunun sözlərinə görə, ötən il Rusiyada ümumilikdə 25 terror aktının qarşısı alınıb, 4 terror aktı törədilib.

Son xəbərlər

Orphus sistemi