Yuxarı

FTX rəhbəri: "Rusiyada 50 terror aktının qarşısı alınıb, 32 silahlı məhv edilib"

​FTX rəhbəri: "Rusiyada 50 terror aktının qarşısı alınıb"

"Bu ilin ötən dövründə Rusiyada terror xarakterli 50 cinayətin qarşısı alınıb, terror hücumlarına yol verilməyib".

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov məlumat verib.

Onun sözlərinə görə, ilin əvvəlindən Rusiyada 32 silahlı məhv edilib, 241 cinayətkar dəstə üzvü saxlanılıb, beynəlxalq terror təşkilatlarının 78 yuvasının fəaliyyətinə son qoyulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi