FTX başçısı: "MDB-də 11 kanal vasitəsilə şəxslərin terror təşkilatına ötürülməsinin qarşısı alınıb"

FTX başçısı: "MDB-də 11 kanal vasitəsilə şəxslərin terror təşkilatına ötürülməsinin qarşısı alınıb" Aleksandr Bortnikov: "MDB xüsusi xidmət orqanları Mərkəzi Asiya ölkələri və Rusiyada bir sıra terror aktlarının qarşısını alıb"
Region
19 Dekabr , 2017 12:35
FTX başçısı: MDB-də 11 kanal vasitəsilə şəxslərin terror təşkilatına ötürülməsinin qarşısı alınıb

Bakı. 19 dekabr. REPORT.AZ/ MDB ölkələrinin xüsusi xidmət orqanları Suriya ərazisində fəaliyyət göstərən şəxslərin terror təşkilatına ötürülməsi üzrə 11 kanalı aşkarlayaraq ləğv edib.

"Report" "İntefaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov MDB dövlətləri təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, MDB xüsusi xidmət orqanları həmçinin Mərkəzi Asiya ölkələri və Rusiyada bir sıra terror aktlarının qarşısını alıb.

"Rusiya təhlükəsizlik orqanları tərəfindən beynəlxalq terror təşkilatlarının fəaliyyəti ilə əlaqəli olmaqda şübhəli bilinən 300 nəfərə yaxın şəxsi tərəfdaşlara verilib. Onlardan 218-i cinayət məsuliyyətinə cəlb olunub", - təhlükəsizlik xidmətinin başçısı əlavə edib.

Son xəbərlər

Orphus sistemi