​Fransalı tarixçi: "ABŞ və Fransadakı erməni arxivlərinə daxil olmağa qoymurlar"

​Fransalı tarixçi: "ABŞ və Fransadakı erməni arxivlərinə daxil olmağa qoymurlar" "Ermənistan münasibətlərin normallaşmasını istəmir"
Region
22 Aprel , 2015 15:50
​Fransalı tarixçi: ABŞ və Fransadakı erməni arxivlərinə daxil olmağa qoymurlar

Bakı. 22 aprel. REPORT.AZ/ "ABŞ və ya Fransadakı erməni arxivlərini görmək istəyəndə ya bunun mümkün olmayacağını deyirlər, ya da heç bir cavab vermirlər".

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Avrasiya Araşdırmalar Mərkəzinin fransalı təhlilçisi, tarixçi Maksim Qauin bildirib.

"Ermənistanla əlaqələrin normallaşması üçün Türkiyə əlindən gələni etdi. İndi Ermənistanın bir iş görməsinin vaxtıdır. Ona görə də düşünürəm ki, Ermənistan münasibətlərin normallaşmasını istəmir. Çünki Ermənistan prezidenti Serj Sarqsyan həmişə torpaq tələbi ilə çıxış edir. Bu, Ermənistan üçün həm torpaq tələbi, həm də mövcudluq məsələsi olub", - o vurğulayıb.

Fransanın Sarbon Universitetinin məzunu Maksim Qauin 1915-ci il hadisələrinin daha çox akademik səviyyədə araşdırılmasının vacibliyini deyib: "ABŞ və ya Fransadakı erməni arxivlərini görmək istəyəndə ya bunun mümkün olmayacağını deyirlər, ya da heç bir cavab vermirlər. Türkiyə arxivlərində isə belə problem yoxdur. Nə vaxt istəsəniz, ora asanlıqla daxil ola bilərsiniz".

Onun sözlərinə görə, hadisələr həm müsəlmanlar, həm də xristianlar üçün faciədir: "Ancaq məsələni "soyqırımı"na bağlasaq, heç zaman irəliyə gedə bilmərik. Bu hadisələrin təməlində Rusiya kimi böyük güclərin dayandığını da hər kəs bilir".

Son xəbərlər

Orphus sistemi