Yuxarı

Fransanın iki naziri 100 şirkət rəhbərinin müşayiəti ilə İrana səfər edib

Tehranda Fransa ticarət evinin açılışı olacaq

Bakı. 21 sentyabr. REPORT.AZ/ Fransanın iki naziri 100 şirkət rəhbərinin müşayiəti ilə İrana səfər edib. "Report" İran KİV-inə istinadən xəbər verir ki, Fransanın kənd təsrrüfatı naziri Stefane le Foll və xarici ticarət naziri Mattias Feklin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində ölkənin "Total", "Peugeot" və "Airbus" kimi şirkətlərinin təmsilçiləri də var.

Sentyabrın 22-də Tehranda "Fransa ticarət evi"nin açılışı olacaq.

Məlumata görə, beynəlxalq ictimaiyyət Tehrana qarşı sanksiyalar tətbiq edəndən əvvəl İrandan Fransaya 1 milyard 770 milyon dollarlıq məhsul idxal edilibsə, 2013-cü ildə bu rəqəm 66 milyon dollar təşkil edib. Hesabat dövründə Fransadan İrana ixcarcat 1 milyard 660 milyon dollar olmuşdusa, sonra bu rəqəm 494 milyon dollaradək azalıb.

Xatırladaq ki, noyabrda İran prezidenti Həsən Ruhaninin Parisə səfəri planlaşdırılıb. Bu, son 16 ildə İran prezidentinin Fransaya ilk səfəri olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi