Fransalı ekspert: "Sosial şəbəkələr Ermənistandakı məxməri inqilabda mühüm rol oynayıb"

Fransalı ekspert: "Sosial şəbəkələr Ermənistandakı məxməri inqilabda mühüm rol oynayıb" Almatı. 23 may. REPORT.AZ/ Ermənistandakı inqilab, sadəcə, narahatlıq verən bir məsələ ilə bağlı deyildi, o, bütün milləti əhatə edirdi.
Region
23 May , 2018 16:45
Fransalı ekspert: Sosial şəbəkələr Ermənistandakı məxməri inqilabda mühüm rol oynayıb
Reuters
0 : 00
0 : 00

Almatı. 23 may. REPORT.AZ/ "Ermənistandakı inqilab, sadəcə, narahatlıq verən bir məsələ ilə bağlı deyildi, o, bütün milləti əhatə edirdi".

"Report"un Almatıya ezam olunmuş müxbirinin məlumatına görə, bunu Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanuel Düpoi Qazaxıstanın paytaxtı Almatı şəhərində keçirilən Avrasiya media forumunda "Cəmiyyətdə inamın təkamülü: müasir dünyada cəmiyyətdə onu necə idarə etməli?" paneli çərçivəsində çıxışında deyib.

Onun sözlərinə görə, sosial şəbəkələr Ermənistandakı məxməri inqilabda mühüm rol oynayıb: "Hamı orada başverənləri dəqiq bilirdi. Ona görə də Rusiya hadisələrin gedişini dəyişə bilmədi".

Son xəbərlər

Orphus sistemi