Fransada İŞİD-ə qarşı mübarizəyə dair toplantı keçiriləcək

Fransada İŞİD-ə qarşı mübarizəyə dair toplantı keçiriləcək Tədbirdə Türkiyənin xarici işlər naziri də iştirak edəcək
Region
1 İyun , 2015 17:37
Fransada İŞİD-ə qarşı mübarizəyə dair toplantı keçiriləcək

Bakı. 1 iyun. REPORT.AZ/ İyunun 2-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransaya səfər edəcək.

"Report" xəbər verir ki, bu haqda Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

O, Fransada keçiriləcək İŞİD-ə qarşı mübarizə üzrə beynəlxalq koalisiyanın xarici işlər nazirlərinin toplantısında iştirak edəcək.

Həmin toplantıda bu terrorçu qruplaşmaya qarşı mübarizədə koalisiya üzvləri gördükləri işlər haqda məlumat verəcək. Bundan başqa, İraq və Suriyadakı mövcud vəziyyət də müzakirə ediləcək.

Son xəbərlər

Orphus sistemi