Bakı. 8 aprel. REPORT.AZ/ Bu gündən Fransada avia-dispetçerlər 48 saatlıq etiraz tətili keçirir.
"Report" xəbər verir ki, bu haqda "BBC" məlumat yayıb.
Aksiya iştirakçıları təqaüd yaşının artırılmasına və ağır iş şəraitinə etiraz edirlər.
Fransanın Mülki Aviasiya İdarəsi artıq aviaşirkətlərdən bugünlərdə beynəlxalq uçuşların yarısının təxirə salınmasını istəyib.
"Anadolu" Agentliyi isə bildirib ki, Atatürk və Sabiha Gökçən hava limanından Fransanın Paris və Nitsa şəhərlərinə uçuşlar bu günlərdə ləğv edilib.
"Türk Hava Yoları"ndan "Report"a verilən məlumata əsasən, İstanbul - Paris, Paris - İstanbul reysləri təxirə salınıb.
"