Fransa XİN rəhbəri son 12 ildə ilk dəfə olaraq İrana səfər edəcək

Fransa XİN rəhbəri son 12 ildə ilk dəfə olaraq İrana səfər edəcək Loran Fabius həmkarı Məhəmməd Cavad Zərif və prezident Həsən Ruhani ilə görüşəcək
Region
29 İyul , 2015 06:46
Fransa XİN rəhbəri son 12 ildə ilk dəfə olaraq İrana səfər edəcək

Bakı. 29 iyul. REPORT.AZ/ Fransanın xarici işlər naziri Loran Fabius bu gün Tehrana səfər edəcək. "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Fabius həmkarı Məhəmməd Cavad Zərif və prezident Həsən Ruhani ilə görüşəcək.

Fransa xarici işlər nazirliyinin rəsmisi Romen Nadal bildirib ki, Loran Fabiusun bu səfəri, Fransa diplomatiyası rəhbərinin son 12 ildə Tehrana təşkil etdiyi ilk səfərdir.

“Səfər Fransa ilə İran arasında siyasi dialoqun bərpa edilməsinə zəmin yaradacaq. Unudulmamalıdır ki, sanksiyalar tətbiq edilmədən əvvəl Fransa İranın ən böyük ticari partnyorları arasında yer alırdı”, - deyə R.Nadal vurğulayıb.

Fransa prezidenti Fransua Olland da Fabiusun Tehran səfərinin əhəmiyyətini qeyd edərək demişdi ki, "Qərbdə Tehranın gələcək addımları ilə bağlı mövqe məhz bu səfərdən sonra formalaşacaq".

Son xəbərlər

Orphus sistemi