Yuxarı

​Fransa XİN: "İran BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozub"

Tehran İmad (Dayaq) adlı ballistik raketi uğurla sınaqdan keçirdiyini bəyan edib

Bakı. 15 oktyabr. REPORT.AZ/ "BMT Təhlükəsizlik Şurasının 2010-cu ildə qəbul etdiyi 1929 saylı qətnamə İrana ballistik raket proqramı üzrə fəaliyyət göstərməyi qadağan edir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Romen Nadal bildirib.

Qeyd edək ki, ötən həftənin sonunda Tehran "İmad" ("Dayaq") adlı ballistik raketi uğurla sınaqdan keçirdiyini bəyan edib. İranın müdafiə naziri Hüseyn Dehqanın sözlərinə görə, bu, ballistik raketlərin yeni nəslinə aiddir və bütünlüklə ölkəsində hazırlanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi