Yuxarı

Fransa və Britaniya İranla iqtisadi əməkdaşlıqda maraqlıdır

Kemeron və Olland Tehranla xüsusi ilə ticarət sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar

Bakı. 30 yanvar. REPORT.AZ/ Böyük Britaniyanın Baş naziri Devid Kemeron ilə Fransanın prezidenti Fransua Olland arasında ötən axşam baş tutan telefon danışı zamanı hər iki ölkə lideri İranla əməkdaşlıqda maraqlı olduqlarını bəyan ediblər.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, rəsmi Tehranla xüsusi ilə ticarət sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayan Kemeron və Olland, Suriyadaki vəziyyət və terrorizmlə mübarizə sahəsini də müzakirə ediblər.

Xatırladaq ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın nüvə proqramına dair yaydığı hesabatın ardınca Vyanada keçirilən birgə mətbuat konfransında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Avropa İttifaqının İrana qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırdığını elan edib.

ABŞ Prezidenti Barak Obamanın da İran üzərindən sanksiyaların götürülməsinə dair müvafiq sənədi imzalaması barədə xəbərlər yayılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi