​Fransa Senatı "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini rədd edib

​Fransa Senatı "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini rədd edib Senat layihəni alt komissiyasına göndərib
Region
4 Dekabr , 2015 11:54
​Fransa Senatı erməni soyqırımının inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini rədd edib

Bakı. 4 dekabr. REPORT.AZ/ Fransa Senatı "erməni soyqırımı"nın inkarına görə, cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini rədd edib. 

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Senat layihəni alt komissiyasına göndərib.

Bu cəzanın tətbiqi ilə bağlı layihə Fransanın Konstitusiya Komissiyası və Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən də qəbul edilməyib.

Xəbərdə bildirilib ki, tarixi hadisənin "soyqırımı" olaraq qətiləşdirilməsi beynəlxalq məhkəmənin qərarı əsasında məqbul sayıla bilər.

Sözügedən layihədə "erməni soyqırımını" inkar edənlərin 5 il müddətinə azadlıqdan məhrum edilməsi və ya 45 min avro cərimələnməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi