Fransada “Sarı jiletlilər“ etiraz aksiyasının iştirakçısına polis əleyhinə mesajına görə həbs cəzası verilib.
“Report“un Fransa bürosu xəbər verir ki, həmin şəxs avtomobilinin arxa şüşəsinə “İntihar edən polis yarıbağışlanmış kimidir“ cümləsini yazıbmış.
Montaban şəhər məhkəməsinin qərarı ilə ona 4 ay şərti həbs cəzası verilib. Həmin şəxs həmçinin Milli Polis Alyansının Həmkarlar İttifaqına 1000 avro cərimə də ödəməlidir.