"Ford" Rusiyadakı diler mərkəzlərinin sayını üç dəfə azaldacaq

"Ford" Rusiyadakı diler mərkəzlərinin sayını üç dəfə azaldacaq Ford şirkəti Rusiya Federasiyasında avtomobillərin quraşdırılması üzrə zavodların bağlanmasından sonra bu ölkədəki diler mərkəzlərinin sayını üç dəfə azaltmaq niyyətindədir.
Region
17 Aprel , 2019 08:19
Ford Rusiyadakı diler mərkəzlərinin sayını üç dəfə azaldacaq

"Ford" şirkəti Rusiya Federasiyasında avtomobillərin quraşdırılması üzrə zavodların bağlanmasından sonra bu ölkədəki diler mərkəzlərinin sayını üç dəfə azaltmaq niyyətindədir.

"Report" "İzvestiya.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Avtomobil Dilerləri Asossiasiyasının rəhbəri Oleq Moseev bildirib.

Məlumata görə, ticarət məntəqələrinin sayı 100-dən 30-a qədər azaldılacaq. Satış "Ford Transit ticarət maşınları vasitəsilə həyata keçiriləcək.

Qeyd edilir ki, digər ticarət mərkəzlərinin taleyi hələ ki, naməlumdur. Onların digər marka altında satışı istisna edilmir.

Məlumata görə, yaranmış vəziyyətdə dilerlərin bir hissəsi "Ford" şirkətindən təzminatların ödəniməsini tələb etmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi