"Fırat kalkanı" nəticəsində İŞİD-in 46 silahlısı öldürülüb

"Fırat kalkanı" nəticəsində İŞİD-in 46 silahlısı öldürülüb Əməliyyat nəticəsində Suriyanın 4 kəndi terrorçu İŞİD qruplaşmasından azad olunub
Region
24 Avqust , 2016 16:32
Fırat kalkanı nəticəsində İŞİD-in 46 silahlısı öldürülüb

Bakı. 24 avqust. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Fırat kalkanı" əməliyyatı nəticəsində İŞİD qruplaşmasının 46 terrorçusu zərərsizləşdirilib.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, Türkiyə hərbçilərinə Suriya Azadlıq Ordusu və beynəlxalq koalisya qüvvələri də dəstək verib. 

Əməliyyat nəticəsində Suriyanın 4 kəndi - Kəklicə, Kıvırcık, Elvaniye və Gügüncük terrorçu İŞİD qruplaşmasından azad olunub. Hazırda həmin ərazilərə Suriya Azadlıq Ordusu nəzarət edir.

Son xəbərlər

Orphus sistemi