FHN: Kazandakı yanğın zamanı ölən 17 nəfərin kimliyi məlum olub

FHN: Kazandakı yanğın zamanı ölən 17 nəfərin kimliyi məlum olub Yaralılar arasında 3 azərbaycanlı da var
Region
16 Mart , 2015 10:42
FHN: Kazandakı yanğın zamanı ölən 17 nəfərin kimliyi məlum olub

Bakı. 16 mart. REPORT. AZ/ Kazandakı "Admiral" ticarət mərkəzində baş verən yanğın zamanı ölənlərin hamısının kimliyi məlum olub. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Tatarıstan FHN mətbuat xidmətindən bildiriblər. 

Yanğın zamanı 17 nəfər həlak olub. 

Bir müddət əvvəl bildirilib ki, ölənlər arasında 1 Azərbaycan vətəndaşı da var. 

Xilasedicilər ticarət mərkəzinin dağılan konstruksiyalarını ərazidən çıxararaq, artıq oranın yarısından çoxunu uçqundan təmizləyiblər. 

Tatarıstan Səhiyyə Nazirlyi mətbuat xidmətinin məlumatına əsasən, yanğın nəticəsində yaralananlar arasında 3 azərbaycanlı da var. 

Son xəbərlər

Orphus sistemi