Bakı. 1 iyul. REPORT.AZ/ Bu il fevralın 17-də Ankarada Dövlət Məhəlləsində hərbçilərin xidməti avtomobillərinə hücumun təşkilatçısı olan Mehmet Şirin Kaya adlı terrorçu öldürülüb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, "Şirin" kod adlı terrorçu ölkənin Diyarbəkir əyalətinin Lice rayonunda keçirilən antiterror əməliyyatı nəticəsində məhv edilib.
Qeyd edək ki, bu il fevralın 17-də o, bomba qurşadırılmış maşınla hərbçilərin avtomobil karvanına hücumun təşkilatçısı olub. Həmin terror nəticəsində 29 nəfər ölüb, 61 nəfər yaralanıb.
Mehmet Şirin Kaya terrorçu PKK qruplaşmasının üzvlərindən olub.