Fevralda Ankarada törədilən terrorun təşkilatçısı öldürülüb

Fevralda Ankarada törədilən terrorun təşkilatçısı öldürülüb "Şirin" kod adlı terrorçu antiterror əməliyyatı nəticəsində məhv edilib
Region
1 İyul , 2016 11:07
Fevralda Ankarada törədilən terrorun təşkilatçısı öldürülüb

Bakı. 1 iyul. REPORT.AZ/ Bu il fevralın 17-də Ankarada Dövlət Məhəlləsində hərbçilərin xidməti avtomobillərinə hücumun təşkilatçısı olan Mehmet Şirin Kaya adlı terrorçu öldürülüb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, "Şirin" kod adlı terrorçu ölkənin Diyarbəkir əyalətinin Lice rayonunda keçirilən antiterror əməliyyatı nəticəsində məhv edilib.

Qeyd edək ki, bu il fevralın 17-də o, bomba qurşadırılmış maşınla hərbçilərin avtomobil karvanına hücumun təşkilatçısı olub. Həmin terror nəticəsində 29 nəfər ölüb, 61 nəfər yaralanıb. 

Mehmet Şirin Kaya terrorçu PKK qruplaşmasının üzvlərindən olub.

Son xəbərlər

Orphus sistemi