Yuxarı

​Fətullah Gülənin yaşıl pasportu ləğv edilib

Onun bunu qanunsuz yolla həll edildiyi əsas göstərilib

Bakı. 29 dekabr. REPORT.AZ/ Məhkəmə Şurası Fətullah Gülənin pasportunun ləğv edilməsi haqda qərar çıxarıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ərzurum valiliyi onun bu pasportu qanunsuz yolla əldə etdiyini əsas gətirib.

Türkiyədə dövlət məmurlarına təqaüdə çıxandan, yaxud xidmət dövrü başa çatandan sonra "xüsusi möhürlü pasport" (yaşıl pasport) verilir.

Məlumatda bildirilib ki, Fətullah Gülən ilk dəfə təqaüdə çıxandan sonra 1990-cı il noyabrın 7-də yaşıl pasport almaq üçün müraciət edib. Pasportun istifadə müddəti 2011-ci il mayın 24-də başa çatıb. Həmin il iyulun 2-də onun adına yeni pasport hazırlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi