FETÖ-yə görə MHP-dən olan keçmiş deputat həbs edilib

FETÖ-yə görə MHP-dən olan keçmiş deputat həbs edilib Onunla yanaşı 9 vəkil barəsində həbs qətimkan tədbiri seçilib
Region
2 Sentyabr , 2016 10:17
FETÖ-yə görə MHP-dən olan keçmiş deputat həbs edilib

Bakı. 2 sentyabr. REPORT.AZ/ Fətullahçı terror təşkilatı (FETÖ) ilə bağlı keçirilən istintaq çərçivəsində Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan keçmiş deputat, vəkil Zeynel Balkız tutulub.

"Report" Haber7-yə istinadən xəbər verir ki, bu əməliyyat zamanı ümumilikdə 12 vəkil saxlanılıb. Z.Balkızla yanaşı 9 vəkil barəsində isə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Zeynel Balkız 2015-ci il iyunun 7-də MHP-dən millət vəkili seçilmişdi. Həmin il noyabrın 1-də keçirilən təkrar seçkidə isə partiyasından namizədliyi irəli sürülməmişdi. 

Son xəbərlər

Orphus sistemi