FETÖ rəhbərinin Türkiyəyə təhvil verilməsi ilə bağlı danışıqlar başlayıb

FETÖ rəhbərinin Türkiyəyə təhvil verilməsi ilə bağlı danışıqlar başlayıb Məsələni müzakirə etmək üçün ABŞ-dan Türkiyəyə 4 nəfərlik nümayəndə heyəti gəlib
Region
23 Avqust , 2016 13:34
FETÖ rəhbərinin Türkiyəyə təhvil verilməsi ilə bağlı danışıqlar başlayıb

Bakı. 23 avqust. REPORT.AZ/ Hazırda ABŞ-da gizlənən Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı danışıqlar başlayıb.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, məsələni müzakirə etmək üçün ABŞ-dan Türkiyəyə 4 nəfərlik nümayəndə heyəti gəlib.

Nümayəndə heyətinin tərkibində ABŞ Ədliyyə Nazirliyinin 3, Dövlət Departamentinin isə bir əməkdaşı var.

İnformasiyaya görə, ABŞ təmsilçiləri ilə Türkiyənin Ədliyyə Nazirliyinin Beynəlxalq hüquq və xarici əlaqələr baş idarəsinin məsul şəxsləri arasında görüş olub. 

Qeyd edək ki, rəsmi Ankara ABŞ-dan Fətullah Gülənin Türkiyəyə təhvil verilməsini istəyir. 

Son xəbərlər

Orphus sistemi