Yuxarı

​FETÖ-nun Türkiyədən qaçmaq istəyən 219 üzvü sərhəddə saxlanılıb

Bülent Tüfekçi: Onlar ölkədən qaçmaq üçün daha çox Atatürk hava limanından istifadə etməyə çalışıblar

Bakı. 11 avqust. REPORT.AZ/ "Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Fətullahçı terror təşkilatının (FETÖ) 219 üzvü ölkədən qaçarkən sərhəddə tutulub".

"Report" "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfekçi bildirib.

Onun sözlərinə görə, FETÖ-nun ölkədən qaçmaq istəyərəkən saxlanılan nümayəndələrinin əksəriyyəti məmur, iş adamı və hərbçidir: "Onlar ölkədən qaçmaq üçün daha çox Atatürk hava limanından istifadə etməyə çalışıblar. Bu günədək Haburdan (sərhəd-buraxılış məntəqəsi - "Report" ) 89, Kapıkuledən (Türkiyənin Bolqarıstanla sərhədində yerləşən və ən çox gediş-gəliş edilən sərhəd-buraxılış məntəqəsi - "Report") isə 130-a yaxın FETÖ üzvünün ölkədən qaçmasının qarşısını aldıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi