FETÖ-nü maliyyələşdirən iş adamının 10 milyard dollarlıq şirkətləri müsadirə edilib

FETÖ-nü maliyyələşdirən iş adamının 10 milyard dollarlıq şirkətləri müsadirə edilib Bu fond şirkətlərin satılması və ləğvi barədə qərar çıxara bilər
Region
9 Sentyabr , 2016 11:39
FETÖ-nü maliyyələşdirən iş adamının 10 milyard dollarlıq şirkətləri müsadirə edilib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Türkiyənin tanınmış iş adamı Akın İpeyin ("Koza-İpek holding") 18 şirkəti müsadirə edilib.

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, qərara əsasən 10 milyard dollarlıq şirkətlərin əmlakı Əmanət Haqqı Sığorta Fondunun hesabına köçürülüb. Bu fond şirkətlərin satılması və ləğvi barədə qərar çıxara bilər.

Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqədar Akın İpeyin tutulması barədə qərar çıxarılıb. Hazırda onun axtarışda olduğu bildirilir.

Akın İpek FETÖ-nü maliyyələşdirməkdə şübhəli bilinir. 

Son xəbərlər

Orphus sistemi