FETÖ ilə əlaqədə şübhəli bilinən 2 general həbs olunub

FETÖ ilə əlaqədə şübhəli bilinən 2 general həbs olunub Keçmiş ordu generalı Adem Huduti ilə birlikdə 26 şübhəlinin məhkəməsi davam edir
Region
11 Aprel , 2017 11:39
FETÖ ilə əlaqədə şübhəli bilinən 2 general həbs olunub

Bakı. 11 aprel. REPORT.AZ/ Türkiyənin Malatya bölgəsində keçirilən əməliyyat nəticəsində keçmiş iki general Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinərək həbs olunub.

“Report” TRT-yə istinadən xəbər verir ki, həbs edilənlərdən biri keçmiş ordu qərargah rəisi general-mayor Avni Angun, o biri isə ordu qərargah rəisinin 2-ci müavini briqada generalı Ersin Yıldırımdır.

2016-cı il iyulun 15-də dövlət çevirilişinə cəhddə şübhəli bilinən keçmiş ordu generalı Adem Huduti ilə birlikdə 26 şübhəlinin məhkəməsi davam edir. 

Son xəbərlər

Orphus sistemi