Fələstin səfiri: "Trampım Qüdsü İsrailin paytaxtı kimi qəbul etməsi bütün sülh səylərini pozacaq"

Fələstin səfiri: "Trampım Qüdsü İsrailin paytaxtı kimi qəbul etməsi bütün sülh səylərini pozacaq" Naser Əbdül Kərim: "Əl-Qüds müsəlmanlar, xristianlar və yəhudilər üçün müqəddəs şəhərdir"
Region
6 Dekabr , 2017 17:56
Fələstin səfiri: Trampım Qüdsü İsrailin paytaxtı kimi qəbul etməsi bütün sülh səylərini pozacaq
Report

Bakı. 6 dekabr. REPORT.AZ/ "ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması faciəvi, qanunsuz və beynəlxalq hüquqa zidd bəyanatdır".

Bunu "Report"a Fələstin Dövlətinin Azərbaycandakı səfiri Naser Əbdül Kərim deyib.

Səfir qeyd edib ki, bu qərar bütün sülh səylərini pozacaq və daha geniş dünyada sülh və sabitliyə böyük təsir edəcək.

Onun sözlərinə görə, bu, ekstremistlər üçün hədiyyə, daim beynəlxalq hüquqa, BMT-nin qətnamələrinə və insan haqlarına məhəl qoymayan işğalçı müstəmləkə hakimiyyəti üçün mükafatdır.

"Əl-Qüds müsəlmanlar, xristianlar və yəhudilər üçün müqəddəs şəhərdir. Bu məkan İslamda və üzünü bu istiqamətdə tutub dua edən milyonlarla müsəlmanın qəlbində unikal yerdir. Eyni sözlər, dünyanın müxtəlif yerlərində olan xristianlar üçün də keçərlidir", - səfir deyib.

Xatırladaq ki, dünən ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanımağın vaxtının çatdığını bildirib və ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi barədə göstəriş verib.

Son xəbərlər

Orphus sistemi