​Fələstin lideri Moskvaya səfər edəcək

​Fələstin lideri Moskvaya səfər edəcək Muxtariyyətin başçısı Rusiya rəhbərliyi ilə görüş keçirməyi planlaşdırır
Region
6 Aprel , 2016 09:34
​Fələstin lideri Moskvaya səfər edəcək

Bakı. 6 aprel. REPORT.AZ/ Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas aprelin 17-18-də Rusiyaya səfər edəcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Fələstinin Moskvadakı səfiri Abdel Hafiz Nofel deyib.

Onun sözlərinə görə, muxtariyyətin başçısı Rusiya rəhbərliyi ilə görüş keçirməyi planlaşdırır.

Qeyd edək ki, bu ilin martında Mahmud Abbasın Rusiyaya səfəri gözlənilirdi. Ancaq bu səfər həmin tarixdə baş tutmayıb. Fələstin lideri Moskvaya sonuncu dəfə 2015-ci il sentyabrın 22-də səfər edib. 

Son xəbərlər

Orphus sistemi