Yuxarı

Federika Mogerini: "İrana qarşı sanksiyaların ləğvi beynəlxalq ticarətə müsbət təsir edib"

Federika Mogerini: "İrana qarşı sanksiyaların ləğvi beynəlxalq ticarətə müsbət təsir edib"
Aİ İran ilə sazişin tam həyata keçirilməsi istiqamətində işləri davam etdirəcək

Bakı. 11 yanvar. REPORT.AZ/ "İranın nüvə proqramı üzrə birgə hərtərəfli fəaliyyət planı çərçivəsində İrana qarşı sanksiyaların aradan qaldırılması beynəlxalq ticarətə və Avropia İttifaqı ilə bu ölkə arasındakı iqtisadi əlaqələrə müsbət təsir edib".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini İranın xarici işlər naziri ilə İranın nüvə dosyesi üzrə BMT-nin altı vasitəçisindən üçünün - Almaniya, Fransa və Böyük Britaniyanın rəsmiləri arasında aparılan danışıqların yekununda deyib.

F.Mogerini həmçinin bildirib ki, İranla nüvə sazişi qüvvədədir və Aİ sazişin bütün iştirakçılar tərəfindən tam həyata keçirilməsi istiqamətində işləri davam etdirəcək: "İranın birgə hərtərəfli fəaliyyət plan çərçivəsində üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməsi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin doqquz hesabatında əksini tapıb. Təşkilat İranın nüvə proqramının yalnız sülh xarakterli olduğunu təsdiq edib. Bu saziş İranın nüvə proqramına nəzarət etmək imkanı verir. Odur ki, Avropa İttifaqı bütün tərəflərin üzərlərinə götürdükləri öhdəliklərə riayət etməsini israrla tələb edir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi