Federika Mogerini: "Aİ işğal olunmuş ərazilərdə yaradılan rejimlərin tanınmaması siyasətinə sadiqdir"

Federika Mogerini: "Aİ işğal olunmuş ərazilərdə yaradılan rejimlərin tanınmaması siyasətinə sadiqdir" Aİ-nin ali nümayəndəsi Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb
Region
22 May , 2017 13:23
Federika Mogerini: Aİ işğal olunmuş ərazilərdə yaradılan rejimlərin tanınmaması siyasətinə sadiqdir

Bakı. 22 may. REPORT.AZ/ "Avropa İttifaqı işğal olunmuş ərazilərdə yaradılan rejimlərin tanınmaması siyasətinə sadiqdir".

"Report" Gürcüstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini İordaniyada Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə görüşdə deyib.

Mətbuat xidmətinin məlumatına görə, görüş zamanı F.Mogerini Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstək verdiklərini bir daha təsdiqləyib.

Tərəflər, həmçinin Gürcüstan-Aİ əməkdaşlığı, eləcə də noyabr ayında Brüsseldə keçiriləcək Aİ-nin "Şərq tərəfdaşlığı" proqramı sammitini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi