"F-35" qırıcılarının Türkiyəyə tədarükü tarixi açıqlanıb

"F-35" qırıcılarının Türkiyəyə tədarükü tarixi açıqlanıb Bakı. 23 may. REPORT.AZ/ “ABŞ istehsalı olan “F-35” qırıcı-bombardmançı təyyarələrinin 5-ci nəsli iyunun 21-də Türkiyəyə veriləcək”.
Region
23 May , 2018 17:32
F-35 qırıcılarının Türkiyəyə tədarükü tarixi açıqlanıb
0 : 00
0 : 00

Bakı. 23 may. REPORT.AZ/ “ABŞ istehsalı olan “F-35” qırıcı-bombardmançı təyyarələrinin 5-ci nəsli iyunun 21-də Türkiyəyə veriləcək”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyə müdafiə sənayesi katibliyinin nümayəndəsi bildirib.

“Ancaq həmin qırıclar Türkiyəyə belə tezliklə gətirilməyəcək. Təyyarə pilotlarımızın təlim görməsi üçün 2019-cu ilin noyabrınadək ABŞ-da qalacaq”, - nümayəndə bildirib.

Qeyd edək ki, bu il aprelin ortalarında ABŞ dövlət katibinin köməkçisi Uess Mitçell Rusiydan “S-400” zenit-raket kompleksləri almasının Türkiyəyə "F-35" qırıcılarının tədarükünə mənfi təsir göstərə biləcəyini vurğulamışdı. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu buna cavab olaraq bildirmişdi ki, Vaşinqton Ankaraya "F-35" qırıcılarının tədarükünü əngəlləyəcəyi təqdirdə, ABŞ-a qarşı cavab tədbirləri görüləcək.

Son xəbərlər

Orphus sistemi